Modern.az

Millimiz 11:0 hesabı ilə uduzdu

Millimiz 11:0 hesabı ilə uduzdu

İdman

Bu gün, 18:08

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Modern.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.

Sizə yeni x var
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar