Modern.az

Qadın futbolçulara uyğunsuz mesaj göndərdi - işdən qovuldu

Qadın futbolçulara uyğunsuz mesaj göndərdi - işdən qovuldu

İdman

Bu gün, 17:08

Lüksemburqun qadınlardan ibarət futbol millisinin baş məşqçisi Daniel Santos vəzifəsindən uzaqlaşdırılıb. 

Modern.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin istefasına səbəb futbolçu qızlara uyğunsuz xarakterli mesajlar göndərməsi ilə bağlı ittihamlar olub. Bildirilir ki, bir neçə oyunçu məşqçi barədə federasiyaya şikayət edib.

Federasiyanın açıqlamasında deyilir:

“Belə davranış etik dəyərlərə və hörmət prinsiplərinə ziddir. Bu ittihamlar bizə məlum olan kimi dərhal oyunçuların qorunması və idman mühitinin bütövlüyünün saxlanılması üçün tədbirlər gördük. Toplanan ifadələr və oyunçuların məşqçiyə olan açıq etimadsızlığı əməkdaşlığın davamını mümkünsüz etdi”.

Qeyd edək ki, 44 yaşlı Santos 2020-ci ilin avqustundan etibarən Lüksemburq qadın millisinin baş məşqçisi idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?