Modern.az

Əli Həşimli Federasiya prezidenti seçildi

Əli Həşimli Federasiya prezidenti seçildi

İdman

Bu gün, 18:10

"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin ümumi yığıncağında qurumun adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.

Modern.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.

İctimai birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.

Yığıncaqda  federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Əli Həşimli qurumun yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmayıllı vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv təsdiqləniblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı