Modern.az

Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat aldı

Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat aldı

İdman

17 Mart 2026, 10:35

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi