Modern.az

5 tur əvvəldən çempionluğu təmin etdi

5 tur əvvəldən çempionluğu təmin etdi

İdman

Bu gün, 00:15

"PSV Eydhoven" komandası mövsümün bitməsinə 5 tur qalmış Niderland çempionluğunu təmin edib.

Modern.az xəbər verir ki, Peter Boszun rəhbərlik etdiyi komanda 29 turdan sonra 71 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi "Feyenoord" bu gün "Volendam"la 0:0 hesablı heç-heçə edib və 54 xala yiyələnib. Ötən gün "Utrext" üzərində 4:3 hesablı qələbə sayəsində PSV bütün rəqiblərini geridə qoyub.

Bu nəticə ilə Eyndhoven klubu tarixində 27-ci dəfə Niderland çempionu adını qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı