Misli Premyer Liqasının XXVI turunda növbəti oyun keçirilib.
Modern.az xəbər verir ki, günün "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Karvan-Yevlax"ı qəbul edib.
Görüş "köhlən atlar"ın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionluq iddiasını davam etdirən Ağdam klubu 55 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq.