Modern.az

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi

İdman

6 Aprel 2026, 23:15

Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Modern.az xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.

Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.

Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçuların mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kiloqram) və Emili Rzayeva (65 kiloqram) da yarışı 3-cü pillədə bitirib.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!