Modern.az

AFFA klub prezidentinin açıqlamasına görə “Turan Tovuz”ı cərimələdi

AFFA klub prezidentinin açıqlamasına görə “Turan Tovuz”ı cərimələdi

İdman

Bu gün, 14:06

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu cərimələyib.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib.

“3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib”, - AFFA-nın açıqlamasında deyirlir.

Bundan başqa, "Turan Tovuz" – "Zirə" qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən tovuzlular 5000 manat məbləğində də cərimələnib.

Beləliklə, "Turan Tovuz" 20 000 manat cərimələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada