Modern.az

Yamaldan yeni REKORD

Yamaldan yeni REKORD

İdman

Bu gün, 11:03

Lamine Yamal İspaniya La Liqasında yeni nailiyyətə imza atıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" klubunun gənc cinah oyunçusu buna çempionatın XXXI turu çərçivəsində "Espanyol" ilə keçirilən görüşdə meydana çıxmaqla nail olub.

Həmin qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edən futbolçu La Liqada 100-cü oyununu keçirib. O, bu göstəriciyə 18 yaş 272 günündə çatıb.

Bununla da Yamal Raul Gonzalez-in əvvəlki rekordunu (19 yaş 284 gün) geridə qoyub.

Qeyd edək ki, oyun "Barselona" komandasının "Espanyol" üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ