Futbol üzrə Türkiyə Superliqasında XXIX turun oyunları davam edir.
Modern.az xəbər verir ki, lider "Qalatasaray" bu tur öz meydanında "Kocaelispor"u qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşan İstanbul təmsilçisi çempionluq yolunda vacib xallar itirib.
Günün digər matçlarında "Konyaspor" "Karagümrük"ə 3:0 hesabı ilə qalib gəlib, "Göztəpə" isə evdə "Kasımpaşa" ilə bacarmayıb - 3:0.
Bu nəticələrdən sonra "Qalatasaray" 68 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Trabzonspor"un 64 xalı var. "Beşiktaş" isə 55 xalla 4-cü sırada yer alıb.
Qeyd edək ki, bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.