Modern.az

Nazir müavini pensiya ilə bağlı sualları cavablandırdı

Nazir müavini pensiya ilə bağlı sualları cavablandırdı

İqtisadiyyat

26 Aprel 2022, 16:44

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi izah edib. 

 

Modern.az xəbər verir ki, nazir müavini bununla bağlı Milli Məclisdə deputatların suallarını cavablandırıb. 

 

O bildirib ki, elektron sistemin tətbiqindən indiyə qədər 60 min nəfər vətəndaş elektron qaydada pensiyaya çıxıb:

 

"Son 3 il ərzində sosial ödənişlər, əlillik üzrə müavinətlərə ödənilən məbləğlər 60% artıb. Yanvar ayından əlillik müavinətləri artırılıb. Biz çalışırıq ki, postmüharibə kontingentinə aid şəxslərlə daha çox işləyək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat