Modern.az

\"Azeri Light\"ın qiyməti 118 dollara düşdü

\

19 May 2022, 10:08

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,76 ABŞ dolları və ya 3,87% azalaraq, 118,42 dollar təşkil edib.

 

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 120 dollaradək bahalaşmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat