Modern.az

Benzin və dizel satışından əldə olunan gəlir 8,3 faiz artıb

Benzin və dizel satışından əldə olunan gəlir 8,3 faiz artıb

17 İyun 2023, 20:02

Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyon 179,9 min manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,3 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə