Modern.az

Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq - BMT 

Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq - BMT 

İqtisadiyyat

10 Yanvar 2025, 09:44

Birləşmiş Millətlər Təşkilatı (BMT) “2025-ci il üçün dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının 3% səviyyəsində artacağını proqnozlaşdırır.

Modern.az xəbər verir ki, proqnozlaşdırılan artım tempi MDB ölkələri üçün gözlənilən orta göstəricini üstələyir. Belə ki, yaxın iki il üçün bu ölkələrdə artım tempi 2,5% səviyyəsində təxmin edilir. Enerji ixrac edən MDB ölkələri üçün isə bu rəqəm 2,1% təşkil edir.

“2024-cü ildə Azərbaycanda iqtisadi artım daxili tələbin artması və qeyri-neft sektorundakı aktivlik sayəsində sürətlənib. Ölkənin təbii qazına olan qlobal tələbatın artacağı gözlənilir ki, bu da 2025-ci ildə iqtisadi artıma müsbət təsir göstərəcək”, – hesabatda qeyd olunur.

Təşkilatın proqnozlarına əsasən, qarşıdakı iki ildə ölkədə inflyasiya tədricən azalacaq və bu il 3,6%, gələn il isə 3,1% səviyyəsində olacaq. Azərbaycanın inflyasiya səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdən biri kimi gözlənilir. MDB üzrə orta proqnoz isə müvafiq olaraq 5,5% və 4,6%-dir.

2025-ci ildə qlobal iqtisadi artım 2024-cü illə müqayisədə dəyişməyərək 2,8% səviyyəsində qalacaq. Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyat bir sıra çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirsə də, artım templəri pandemiyadan əvvəlki dövrdəki 3,2%-lik orta göstəricidən aşağı olaraq qalır. Bu, əsasən, zəif investisiyalar, yavaş istehsal artımı və yüksək borc yükü ilə izah edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!