Modern.az

Ötən il "Formula 1"ə 168 milyon manat manat xərclənib

Ötən il "Formula 1"ə 168 milyon manat manat xərclənib

İqtisadiyyat

27 May 2025, 10:54

Ötən il dövlət büdcəsindən “Formula 1 Azərbaycan Qran-Prisi” üçün 168 milyon manat vəsait xərclənib.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı