Modern.az

Azərbaycandan Suriyaya təbii qaz tədarükü başlayır

Azərbaycandan Suriyaya təbii qaz tədarükü başlayır

İqtisadiyyat

30 İyul 2025, 13:10

Bu həftə Azərbaycandan nəql olunan qazı Suriyaya tədarük edəcəyik.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Azərbaycanla SVOP razılşaması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Susiyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbacaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?