Modern.az

Mərkəzi Bankdan 2 kredit ittifaqına XƏBƏRDARLIQ

Mərkəzi Bankdan 2 kredit ittifaqına XƏBƏRDARLIQ

İqtisadiyyat

16 Sentyabr 2025, 15:02

Azərbaycan Mərkəzi Bankı (AMB) “Total Finans Kredit ittifaqı” və “İşgüzar-Kredit İttifaqı”na icrası məcburi göstəriş verib.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İşgüzar-Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Total Finans Kredit ittifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu