Modern.az

Azərbaycan nefti büdcə qiymətini ÖTÜB

Azərbaycan nefti büdcə qiymətini ÖTÜB

İqtisadiyyat

17 Sentyabr 2025, 09:40

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dolları, yaxud 1,8 % artaraq 70,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi