Modern.az

Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr - SİYAHI

Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr - SİYAHI

İqtisadiyyat

17 Sentyabr 2025, 11:04

Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dollar təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, hesabat dövründə ölkəmizin xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 3,4 milyard dollar olub.

Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr - Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub.

Azərbaycandan ən çox yatırım İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), Gürcüstan (77 milyon dollar) və ABŞ (77 milyon dollar) təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi