Modern.az

Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

İqtisadiyyat

19 Sentyabr 2025, 10:46

Növbəti həftə Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək.

Modern.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşü zamanı deyib.

Hüseyn Pirmmoəzzen bildirib ki, Ərdəbil–Bakı dəmir yolunun istifadəyə verilməsi vilayətin kənd təsərrüfatı məhsullarının ixracında dönüş nöqtəsi olacaq.

Onun sözlərinə görə, Bu dəmir yolu bağlantısı Rusiyaya ixrac yolunu asanlaşdıracaq, nəqliyyat xərclərini xeyli azaldacaq, yeni iqtisadi fürsətlər yaradacaq və bölgənin beynəlxalq əməkdaşlığını gücləndirəcək. Bu isə davamlı danışıqlar tələb edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?