Modern.az

Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI

Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI

İqtisadiyyat

30 Sentyabr 2025, 09:48

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dollardan çox azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları, yaxud 4,22 % azalaraq 70,65 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...