Modern.az

Azərbaycanda İran rialının məzənnəsinin açıqlanması dayandırıldı

Azərbaycanda İran rialının məzənnəsinin açıqlanması dayandırıldı

İqtisadiyyat

1 Oktyabr 2025, 15:37

Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.

Modern.az xəbər verir ki, AMB İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.

Qeyd edilib ki, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər. (Mənbə: APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?