Modern.az

Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb

Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb

İqtisadiyyat

2 Oktyabr 2025, 15:53

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni sentyabr ayında 19 965 597 nəfər sərnişin daşıyıb.

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda intervalın 1 dəqiqə 45 saniyəyə endirilməsi nəticəsində ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi qeydə alınıb.

Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabr olub. Belə ki, ilk dərs günündə 891 856 nəfər metrodan istifadə edib. Ən sakit gün isə 7 sentyabr tarixində qeydə alınıb. Sentyabrın 7-də metrodan istifadə edənlərin sayı 405 892 nəfər olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ