Modern.az

Dövlətin nəhəng şirkətləri özəl sektora açıq ELAN EDİLƏCƏK

Dövlətin nəhəng şirkətləri özəl sektora açıq ELAN EDİLƏCƏK

İqtisadiyyat

6 Oktyabr 2025, 16:20

AZCON Holdinqə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində işlər görüləcək. Bu barədə rəsmi açıqlama verilib.

Məlumatda deyilir ki, strateji layihələrə özəl sektorun cəlb olunması məsələləri müzakirə edilir.

Hələlik hansı şirkətlərin və layihələrin özəl şirkətlərə veriləcəyi məlum deyil.

Qeyd edək ki, AZCON Holdinqə daxil olan dövlət müəssisələri aşağıdakılardır:

Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Bakı Metropoliteni, BakuBus, Bakı Gəmiqayırma Zavodu

Azərkosmos, Aztelekom, AzInTelecom, Azərpoçt, Bakı Taksi Xidməti, “Teleradio” İB.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, özəlləşdirmə xidmətlərdə keyfiyyətin artmasına və qiymətlərin bazar tərəfindən nizamlanmasına yol aça bilər:

“Biz bazar iqtisadiyyatında yaşayırıq. Bazar iqtisadiyyatı tələb və təklif üzərində qurulur və rəqabətli bazar mühiti sayəsində xidmələr formalaşır. Bu həm də xidmətlərdə keyfiyyətin artmasına və qiymətlərin bazar tərəfindən nizamlanmasına yol açır. Bu baxımdan AZCON Holdinqə daxil olan şirkətlərin özəlləşdilməsi və həmin şirkətləri bazar qanunlarına uyğun sahibkarlar tərəfindən idarə olunması düzgün hesab edirəm”. 

Deputat bildirib ki, dövlət müəsisələrinin özəlləşdirilməsi şəffaf şəkildə və bütün investorlar üçün açıq olmalıdır:

“AZCON-a daxil müəsisələrin özəlləşdiriləcəyi halda daxili və ya xarici investor olmasından asıllı olmayaraq daha yaxşı maliyyə resurslarına malik və həmin sahə üzrə təcrübəsi olan şirkətlərə özəlləşmə prosesində iştirak etməsinə imkan yaradılmalıdır. Bu da həmin müəsisələri daha keyfiyyətlə idarə olunmasına imkan verəcəyini hesab edirəm”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum