Modern.az

Gömrük Komitəsindən daxilolmalar azalıb - Ekspert səbəb AÇIQLADI

Gömrük Komitəsindən daxilolmalar azalıb - Ekspert səbəb AÇIQLADI

İqtisadiyyat

8 Oktyabr 2025, 17:20

Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan biri də DGK xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır.

Belə ki, bu ilin yanvar–sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır.

Modern.az-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov bildirib ki, azalmanın səbəbləri barədə DGK-ın hər hansı açıqlaması olmadığı üçün azalma ilə bağlı yalnız ehtimal olunan izahları qeyd etmək mümkündür.

"Ən çox ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar. Adətən iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idaxl azalırsa bunun səbəbi, qlobal bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar üzrə idxal əvəzlənməsi olur. İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox, inzibati faktorlarla bağlı olur. Məsələn büdcə xərclərinə nəzarətin gücləndirilməsi məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər", - o qeyd edib.

İqtisadçının sözlərinə görə, gömrük daxil olmalarının azalmasılnın nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər. Yəni idxalda dəyəri yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər:

"Eyni zamanda gömrükdə güzəştlərinin geniş tətbiqi də nəzəri olaraq daxil olmaları azaldan səbəb kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər, azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir. Amma həm də bu azalma qısamüddətli tendensiya da ola bilər. Belə olarsa, ticarət dövriyyəsinin növbəti aylardakı dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı vardır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı