Modern.az

Dövlət büdcəsindən 218 mln. manat geri qaytarılıb

Dövlət büdcəsindən 218 mln. manat geri qaytarılıb

İqtisadiyyat

8 Oktyabr 2025, 10:34

2025-ci ilin yanvar–sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 218 milyon 354,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi