Modern.az

"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

İqtisadiyyat

9 Oktyabr 2025, 20:32

“Bakı Kristal Zalı” MMC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabat şirkətin ötən ilki cüzi mənfəətdən böyük həcmli zərərə keçdiyini göstərib.

Modern.az xəbər veir ki, bu kəskin pisləşmənin əsas səbəbi, inzibati xərclərin, xüsusilə də köhnəlmə və amortizasiya xərclərinin kəskin artımı olub. Bununla belə, bu böyük zərərə baxmayaraq, şirkətin balansı demək olar ki, dəyişməz qalıb.

Mənfəət və zərər hesabatının təhlili

Şirkət 2024-cü ili 2,4 milyon manat xalis zərərlə başa vurub. Bu, ötən ilki 4,9 min manatlıq mənfəətdən kəskin fərqlənir.

Şirkətin cəmi əməliyyat gəlirləri 2,7 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 824,7 min manat (23,4%) azalma deməkdir

Əsas əməliyyat gəlirləri 617,2 min manat olub ki, bu da illik 295,2 min manat (91,7%) artımdır.

Digər gəlirlər isə 2,1 milyon manat təşkil edib, il ərzində 1,1 milyon manat (35,1%) azalıb.

Cəmi əməliyyat xərcləri 5,1 milyon manat olub. Bu da illik 1,6 milyon manat (45,1%) artım deməkdir.

Material xərcləri 39,0 min manata enərək 106,3 min manat (3,7 dəfə) azalıb.

Sair əməliyyat xərcləri 799,1 min manat təşkil edib ki, bu da illik 826,4 min manat (2 dəfə) azalmadır.

Lakin inzibati xərclər 4,3 milyon manata bərabər olub. Bu xərclərdə illik 2,5 milyon manat (2,4 dəfə) artım baş verib.

Bu artımın əsas səbəbi isə köhnəlmə və amortizasiya xərcləridir. Bu xərclər 2,8 milyon manat olub ki, bu da illik 2,5 milyon manat və ya 10,4 dəfəlik bir artımdır.

Əmək haqqı xərcləri isə 1,5 milyon manat səviyyəsində demək olar, dəyişməz qalıb.

Nəticədə. şirkətin əməliyyat nəticəsi ötən ilki 6,2 min manatlıq mənfəətdən 2,4 milyon manatlıq zərərə keçib.

Mənfəət vergisi üzrə isə ötən ilki 1,2 min manatlıq xərc bu il tamamilə sıfırlanıb.

Şirkətin cəmi aktivləri 192 milyon 273 min manat təşkil edib. Bu, ilin sonu ilə müqayisədə cəmi 123,6 min manat (0,1%) artımdır və demək olar, dəyişməz qalıb.

Aktivlərin vəziyyəti

Cəmi uzunmüddətli aktivlər 185 milyon 456 min manat olub. Bu da illik 372,1 min manat (0,2%) azalmadır.

Torpaq, tikili və avadanlıqlar 165,4 milyon manata bərabər olub. Bu göstərici son bir il ərzində 2,8 milyon manat (1,7%) azalıb.

Sair uzunmüddətli maliyyə aktivləri isə 2,4 milyon manat (13,8%) artımla 20,1 milyon manata yüksəlib.

Cəmi cari aktivlər isə 6 milyon 818 min manata yüksəlib. Bu, illik 495,7 min manat (7,8%) artımdır.

Pul vəsaitləri 1 milyon 656 min manat olub ki, bu da illik 246,7 min manat (17,5%) artımdır.

Qısamüddətli debitor borcları 2,3 milyon manata yaxınlaşıb. Bu isə illik 84 min manat (3,8%) artımdır.

Ehtiyatlar isə 2,9 milyon manata yüksələrək 165,0 min manat (6,1%) artıb

Kapital və öhdəliklərin vəziyyəti

Hesabatda şirkətin cəmi kapitalının 191 milyon 580 min manat səviyyəsində dəyişməz qaldığı göstərilib. Cəmi öhdəliklər 692,8 min manat təşkil edib. Bu da illik 123,6 min manat (21,7%) artımdır.

Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.

Vergi və sair məcburi ödənişlər 124,0 min manat (23,7%) artaraq 647,3 min manata çatıb.

Qısamüddətli kreditor borcları isə 45,5 min manat səviyyəsində, demək olar ki, dəyişməz qalıb. (Mənbə: fed.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi