30 oktyabr 2025-ci il saat 11:00-da “Ekspert Hərrac Mərkəzi” tərəfindən Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “NBCBank” ASC-nin balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Modern.az xəbər verir ki, hərraca çıxarılan əmlak Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387-ci məhəllə, ev -, mənzil 128 ünvanında yerləşən, ümumi sahəsi 89,6 kvadratmetr olan mənzildir.
Əmlakın ilkin satış qiyməti 100 000 (beh məbləği - 500 manat) manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər müraciətlərini hərrac tarixindən azı 5 iş günü əvvəl təqdim etməlidirlər. (Mənbə: fed.az)