Modern.az

Yaşayış minimumu artırılır: maaş və pensiyalar da artacaq?

Yaşayış minimumu artırılır: maaş və pensiyalar da artacaq?

İqtisadiyyat

23 Oktyabr 2025, 13:12

Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır.

Belə ki, 2026-cı ildə ehtiyac meyarı və yaşayış minimumunun 300 manat olacağı gözlənilir.

2025-ci ildə isə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumunun məbləği 285 manat olub.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, yaşayış minimumu və ehtiyac meyarında böyük artım olmasa da, müəyyən mənada sosial ödənişlərin hesablanmasına təsir göstərir:

“Bu artım birbaşa minimum əməkhaqqı və ya minimum təqaüdə (pensiyaya) təsir etmir. Lakin sosial müavinət alan şəxslər üçün dolayı təsirləri mövcuddur”.

İqtisadçının sözlərinə görə, əsas məqsəd isə ondan ibarətdir ki, dövlət tərəfindən ödənilən vəsaitlər yaşayış minimumundan aşağı olmasın:

“Yəni bu göstəricilər müəyyən sosial standart kimi qəbul edilir və ödənişlər həmin standarta uyğun qaydada tənzimlənir. Buna görə də yaşayış minimumu və ehtiyac meyarının artırılması, gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuş bəzi sosial ödənişlərin artmasına da zəmin yaradacaq. Bununla belə, maaş və pensiyaların artımına birbaşa təsir göstərməsə də, dolayı yolla sosial müavinətlərin artmasına təsiri olacaq”,- deyə N.Cəfərli bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?