Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.41% azalaraq 3966.60 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0.15% artaraq 47.40 ABŞ dolları olub.