Modern.az

Vergilər üzrə proqnoz tapşırığı 105,2% icra olunub - Nazir

Vergilər üzrə proqnoz tapşırığı 105,2% icra olunub - Nazir

İqtisadiyyat

4 Noyabr 2025, 12:25

“İqtisadi artımın və şəffaflaşmanın davam etməsi şəraitində cari ilin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 105,2% icra edilməklə proqnozdan əlavə dövlət büdcəsinə 614,2 mln. manat vəsait daxil olmuşdur”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Qeyri-neft-qaz sektoru üzrə proqnoz tapşırığı 103,0% icra olunmuş, proqnozdan əlavə sektordan dövlət büdcəsinə 265,7 mln. manatdan çox vəsait daxil olmuşdur.

Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 10,0%-dən çox artmış, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 77,0%-i ötmüşdür.

Vergi daxilolmaları ilə yanaşı, sosial sığorta yığımları üzrə də yüksək artım dinamikası müşahidə olunur. Cari ilin 9 ayında təkcə məcburi dövlət sosial sığortası üzrə daxilolmaların  proqnozu 107,6%- icra edilərək 4,7 mlrd. manat vəsait daxil olmuş, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,0% artmışdır”,- deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində