Modern.az

Qızıl 100 dollar ucuzlaşdı

Qızıl 100 dollar ucuzlaşdı

İqtisadiyyat

15 Noyabr 2025, 11:53

Dünya əmtəə bazarlarında qızıl 100 dollar ucuzlaşıb.

Modern.az xəbər verir ki, ötən gün qızıl bazarında eniş qeydə alınıb. Comex birjasında qızılının qiyməti 100,30 dollar və ya 2,39% azalaraq 4 094,20 ABŞ dolları/unsiya səviyyəsinə düşüb. Spot qızılın qiyməti isə 87,46 dollar və ya 2,10% geriləyərək 4 084,06 ABŞ dolları/unsiya təşkil edib.
Hər iki seqment üzrə dərin azalma bazarda satış təzyiqlərinin artdığını göstərir.

Qiymətlərin azalmasına əsasən ABŞ iqtisadiyyatına dair açıqlanan makroiqtisadi göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) siyasətinə dair gözləntiləri gücləndirməsi və dolların möhkəmlənməsi təsir edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!