Modern.az

Azərbaycan bu ölkəyə sərmayə yatıracaq

Azərbaycan bu ölkəyə sərmayə yatıracaq

İqtisadiyyat

5 Dekabr 2025, 15:40

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan Suriya siyasətində Türkiyə ilə birgə hərkət edir.

Suriyanın Dəməşq Hava  Limanının yanacaqla təchizatı və texniki təminatının  Türkiyə yox məhz Azərbaycan tərəfindən təmin olunması təbii haldır. Çünki Azərbaycanda aviakeratin istehsalı var:

"Bu, siyasi yanaşmadan savayı iqtisadi addım da ola bilər.  Xəbər var ki, Suriyaya qarşı sanksiyalar götürülür. Ölkədə VISA və MASTER kartların bərpası plandadır. Darmadağın edilmiş Suriya iqtisadiyyatı bərpa edilə bilər. İnvestisiyanın yatırılması, logistika xəttinin yaradılması Azərbaycan və Türkiyəyə  iqtisadi səmərə gətirə bilər.

Cavid Zahidoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi