Modern.az

Neft rekord bahalaşdı - Qiymət 118 dolları ötüb

Neft rekord bahalaşdı - Qiymət 118 dolları ötüb

İqtisadiyyat

9 Mart 2026, 09:12

Dünya enerji bazarında neftin qiyməti kəskin şəkildə artmaqda davam edib.

Modern.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel ayı üzrə fyuçerslərinin qiyməti 27,26% artaraq 115,68 ABŞ dollarına yüksəlib.

Brent markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 08:20-də 28% artaraq 118,73 dollara kimi yüksəlsə də sonra nisbətən geriləyib və hazırda 116,35 ABŞ dolları/barel səviyyəsində ticarət olunur.

Qeyd edək ki, bu, dünya bazarında neftin qiymətinin 2020-ci ildən bəri ən böyük artımı dinamikasıdır. Qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginlik və enerji infrastrukturuna mümkün təhlükələrlə bağlı narahatlıqlarla əlaqələndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək