Modern.az

Azərbaycan ÜTT-yə üzv olacaq? - Natiq Cəfərli ümidsizdir

Azərbaycan ÜTT-yə üzv olacaq? - Natiq Cəfərli ümidsizdir

İqtisadiyyat

6 Dekabr 2025, 12:31

Azərbaycan 1998-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlar aparır. Amma hələ də üzv olmayıb.

Bu sözləri Modern.az-a iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, 1998-ci ildən üzvlük müraciətimiz qüvvədədir.

"Lakin Azərbaycanın quruma qoşulmamasının səbəbi həm də öz mövqeyi ilə bağlıdır. ÜTT-nin fərqli qaydaları var. Azərbaycanda vergi və gömrük qanunvericiliyinə təsir edə bilər. Təşkilatın özünün məhkəmə sistemi, təşviq siyasəti də rol oynayır. Görünən odur ki, hökumət buna hazır deyil”.

O qeyd edib ki, 2000-ci illərin əvvəllərində sözü gedən təşkilata Gürcüstan və Ermənistan üzv olub. 2014-2015 – ci illərdə Rusiya və Qazaxıstan qoşulub. Post sovet ölkələrinin, demək olar ki, hamısı 2010-cu illərədək üzvlük prosesini başa vurub:

“Hal-hazırda ÜTT özü də nüfuzdan düşüb. Qaydaları beynəlxalq nüfuzdan malik deyil. Hamı-hamıya qarşı tarif müəyyən edirsə, sanksiyalar tətbiq edirsə, belə bir şəraitdə təşkilatın təsirindən söhbət gedə bilməz”.

Xatırladaq ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın iclasında bu sahədə görülən işlər müzakirə edilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib. “Rəqabət qabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi istiqamətləri nəzərdən keçirərək təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımları qərarlaşdırdıq”, - nazir vurğulayıb.

Cavid Zahidoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı