Modern.az

Bu il Azərbaycana ən çox investisiya yatıran ölkələr

Bu il Azərbaycana ən çox investisiya yatıran ölkələr

İqtisadiyyat

15 Dekabr 2025, 11:58

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38 milyon dollar dollar birbaşa investisiya yatırıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Bundan başqa, hesabat dövründə Azərbaycandan xaricə yönəldilən birbaşa investisiyalarda əsas istiqamət İsrail olub və bu ölkəyə 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, bu da əsasən “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır. Türkiyəyə 289 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 250 milyon dollar, Böyük Britaniyaya 176 milyon dollar, İtaliyaya isə 118 milyon dolları birbaşa xarici investisiya yatırılıb.

Doqquz ayda xarici rezidentlər ölkəyə 4 milyard 736 milyon dollar birbaşa investisiya yatırıb. Birinci yeri 1 milyard 243 milyon dollarla Böyük Britaniya, növbəti yerləri 632 milyon dollarla Türkiyə, 543 milyon dollarla Cənubi Kipr, 384 milyon dollarla İsveçrə və 272 milyon dollarla İran tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır