Modern.az

Hansı bankların POS-terminalları daha sərfəlidir? - SİYAHI

Hansı bankların POS-terminalları daha sərfəlidir? - SİYAHI

İqtisadiyyat

15 Dekabr 2025, 12:14

Getdiyimiz bütün yerlərdə - market, restoran, aptek və s. digər iaşə obyektlərində ödənişləri nağdsız formada həyata keçirmək artıq adət halını alıb. Ödəniş edən zaman bir çoxumuzun ilk eşitdiyi cümlə «Kartla, yoxsa nağd olacaq?» olur.

Modern.az xəbər verir ki, nağdsız – kartla ödənişlər alıcı üçün çox rahat olsa da, obyekt sahibi üçün vəziyyət bir az fərqlidir. Məsələ bundadır ki, biz hər mal və xidmət alanda məhsulun qiyməti qədər ödəniş edirik, bunun nağd və ya kartla olmasının bizə fərqi olmur.

Mağaza sahiblərində isə vəziyyət fərqlidir - ödənişi nağdsız qaydada – kartla edəndə obyekt sahibindən müəyyən dərəcədə bank faizi tutulur. Bu – posterminalı təqdim edən bankın komissiyasıdır.

Faiz dərəcələri eyni deyil - bankdan banka dəyişir. Bankların POS-terminalları ilə ödəniş dərəcələri də fərqli olur.

Məsələn, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən aşağı faiz dərəcəsi ilə POS-terminal təqdim edən bank «Turan Bank»dır. Bankın öz kartları ilə POS-terminallarında ödəniş zamanı 0,96% komissiya tutulur. «Turan Bank»dan başqa digər bankların kartları ilə ödəniş zamanı isə 2,5% komissiya tutulur.

Bu POS-terminalları obyektlərdə yerləşdirmək üçün bəzi banklar müəyyən məbləğdə ödəniş istsələr də, bəzi banklar POS-terminalları tam ödənişsiz şəkildə verir. Məsələn, Accesbank POS-terminal quraşdırılması üçün 650 manat, ABB, Bank Respublika POS-terminal quraşdırılması üçün 700 manat, Unibank isə POS-terminal quraşırması üçün 100 manat depozit tələb edir.

Bəzi banklarda POS-terminallara aylıq xidmət haqqı dövriyyədən asılı olaraq tətbiq olunmasa da, bəzi banklarda isə müəyyən məbləğdə xidmət haqqı tələb olunur.

Azərbaycanda fəaliyyət göstərən Bank VTB Azərbaycan filialının terminallarında yalnız Rusiya banklarının kartları ilə ödəniş etmək olur və bu terminallarda faiz dərəcəsi 3%-dir.

Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların POS-terminalları üçün depozit məbləğləri, komissiya faizləri, xidmət haqqları göstərilib:  

Bank

POS-terminal üçün depozit

Komissiya, %-lə

Xidmət Haqqı

1

Azərbaycan Beynəlxalq Bankı ABB

700 AZN depozit

ABB kartları ilə 2%
Digər bank kartları ilə 2,5%

Aylıq 15 AZN, dövriyyə 1000 AZN-dən az olarsa, POS-terminal geri alınır.

2

Azər‐Türk Bank

200 AZN depozit

AzərTürkBank kartları üzrə 1%,
digər bank kartları üzrə 2% (razılaşma yolu ilə baxıla bilər)

Aylıq minimal ödəniş haqqı dövriyyə min
manatdan az olarsa 30 manatdır.

3

AccessBank

650 AZN ödəniş

AccessBank kartlarından ödənişlərdə 2%,
digər bank kartlarından 3%

Xidmət haqqı yoxdur.

4

AFB Bank

300 AZN depozit

AFB Bank kartları ilə ödəniş zamanı 2%
xarici kartlarla isə 3.5%

Aylıq dövriyyə isə 1000 AZN təşkil etməlidir,
əks halda 20 AZN cərimə haqqı tətbiq edilir.

5

Azərbaycan Sənaye Bankı

Depozit yoxdur

ASB və Millikart üzvü olan banklar üçün 1%
Milli kart üzvü olmayan və ya xarici banklar üçün 2%

Xidmət haqqı yoxdur.

6

Bank Respublika

700 AZN - ödəniş

Bank Respublika kartları vasitəsi ilə 1.47%,
digər bank kartı ilə 2.47%

POS-terminalı kassaya bağlamaq üçün birdəfəlik ödəniş - 70,80 AZN və ya
aylıq 9,44 AZN

7

Kapital Bank 

Depozit yoxdur

Komissiya sahibkarla fərdi qaydada müəyyənləşdirilir və müqavilədə qeyd olunur. Qeyd olunan % dərəcəsi sahibkara uyğun olmazsa müqaviləyə xitam verilir.

Xidmət haqqı aylıq 30 AZN təşkil etsə də,
obyektin dövriyyəsindən asılı olaraq xidmət haqqı alınmaya da bilər.

8

Paşa Bank

700 AZN depozit

Komissiya yerli kartlardan 2%, xarici kartlardan və GooglePay, ApplePay ödənişlərindən 2,2%

Aylıq dövriyyə Bakı və Sumqayıtda 1500 AZN, Sədərəkdə 1000 AZN, regionlarda 500 AZN-dən az olarsa, hər ay depozitdən 20 AZN xidmət haqqı  tutulur.

9

Unibank

100 AZN depozit
15 AZN qoşulma haqqı

2,3% komissiya haqqı tutulur

POS-terminala aylıq xidmət haqqı 20 manatdır, amma aylıq dövriyyə 3 min manatdan çox olarsa pulsuzdur.

10

VTB bank

Depozit yoxdur

3%

Yalnız Rusiya Banklarının kartları ilə ödəniş

11

XalqBank

Hesab açılanda 700 AZN depozit tələb olunur, POS-terminal ödənişsiz quraşdırılır.

Azərikard prosessinq mərkəzində xidmət olunan kartlar üzrə 1,59%

Mərkəzi Bankın Banklararası Kart Mərkəzi tərəfindən emal olunan ölkədaxili əməliyyatlar üzrə 2,59%

Aylıq dövriyyə tələbi Bakı və Sumqayıtda 1000 AZN, regionlarda isə 500 AZN təşkil edir.
Dövriyyət tələbi qarşılanmadığı halda 25 AZN əlavə
komissiya tətbiq edilir,

12

Yelo Bank

Depozit tələb olunmur,
POS-terminal zədələnsə 500 AZN

Yelo Bank ASC-yə aid kartlarla 1,5%, yeri banklar və kart
prossesinq mərkəzləri ilə ödənişlər üzrə 2,5%, ölkə xarici kartlarla ödənişlər üzrə 2,8%

Aylıq minimal komissiya haqqı 50 AZN, 1 ay
ərzində 5000 AZN dövriyyə olmadıqda pos terminal geri qaytarılır.

13

Ziraat Bank

Depozit tələb olunmur

Ziraat Bank Azərbaycan kartları üzrə 0,75%, yerli kartlar üzrə 2,25%, xarici kartlar üzrə 2,5%

Xidmət haqqı aylıq 20 AZN təşkil edir.

14

Bank Avrasiya

Depozit 300 AZN

Bank Avrasiya kartları ilə ödənişlər üzrə 1,83%,
Digər kartlarla ödənişlər üzrə 2,83%

Aylıq dövriyyə 1000 AZN-dən çox olarsa, xidmət haqqı tutulmur, az olarsa, 20 AZN xidmət haqqı tutulur.

15

Yapı Kredi Azərbaycan

Depozit tələb olunmur

Yapı Kredi Azərbaycan kartları üzrə 2%,
Digər kartlar üzrə 2,5%
Müştərinin dövriyyəsindən asılı olaraq güzəştlər tətbiq oluna bilər.

Aylıq xidmət haqqı 20 AZN-dən başlayır.

16

Rabitəbank

Depozit 200 AZN

Komissiya YDM-lərdə 10000 AZN dövriyyəyə qədər 1,7%,
10000 AZN-dən yuxarı hissə üçün 1,6%
Market və apteklərdə 10000 AZN dövriyyəyə qədər 2,3%,
10000 AZN-dən yuxarı hissə üçün 2,2%
Restoran və digər sahələrdə 10000 AZN dövriyyəyə qədər 2,5%, 10000 AZN-dən yuxarı hissə üçün 2,4%
Ölkə xarici kartlar üçün bütün xidmət sahələri üzrə ödənişlərdə 2,55% komissiya haqqı tutulur.

Dövriyyə 3000 AZN-ə qədər olarsa, 50 AZN,
3000 AZN-dən 10000 AZN-ə qədər olarsa, 20 AZN aylıq ödəniş tutulur. 10000 AZN-dən çox dövriyyə olarsa, ödənişsizdir.

17

Expressbank

Depozit 300 AZN

Ölkədaxili kartlardan 2,2%
Ölkəxarici kartlardan 2,5%

Aylıq dövriyyə 7-8 min AZN olmalıdır. Əks halda
POS-terminal geri alınır. İlk ayda 1000 AZN-dən az dövriyyə olarsa, 30 AZN xidmət haqqı tutulur,

18

Bank of Baku

Depozit tələb olunmur

Bank of Baku kartları üzrə 1,5%,
Digər kartlar üzrə 2,5%

Aylıq dövriyyə 1000 AZN-i keçməlidir.

19

Bank BTB

Depozit 500 AZN

Azəricard şəbəkəsi ilə işləyən bankların kartları 1,5 %
Ölkə daxili digər kartlar 2,5%
Xarici kartlar və Token əməliyyatları 3,2 %

Aylıq xidmət haqqı hər smart kassa terminalı üçün 30 AZN, dövriyyə 5 000 AZN məbləğini keçdikdə aylıq xidmət haqqı yoxdur.

20

Premium Bank

Depozit tələb olunmur

Azericard prossesinq mərkəzində xidmət olunan kartlar ilə
aparılan əməliyyata görə 1,18%,
Digər prossesinq mərkəzinə aid kartlar ilə aparılan əməliyyata görə 3,18%

İlk 3 ay ərzində dövriyyə 1000 AZN-dən az olarsa, POS-terminal geri qaytarılır.

21

Turan Bank

Depozit tələb olunmur

Turan Bank kartları üzrə 0,96%
Digər kartlar üzrə 2,5%

1000 AZN-dək dövriyyə üçün 25 AZN, 1000 AZN-dən yuxarı dövriyyə üçün xidmət haqqı yoxdur.

22

Bank Melli İran

POS-terminal yoxdur

 

         

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin oktyabr ayının sonuna ölkədə 173 min POS-terminal var. POS-terminalların çoxu Bakı İqtisadi Rayonunda (107 min ədəd), ən azı isə Şərqi Zəngəzur İqtisadi Rayonunda (245 ədəd) qeydə alınıb. Həmçinin təkcə oktyabr ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil edib. Bu ödənişlərin 1 milyard 45 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Bunlarla yanaşı, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə ölkədə POS-terminalların sayı 60,4% artıb.

Aşağıdakı cədvəldə iqtisadi rayonlarda olan POS-terminalların sayı qeyd edilib:

 

 

S/N

Region

POS-terminalların sayı (ədəd)

1

Bakı iqtisadi rayonu

107,000

2

Abşeron-Xızı iqtisadi rayonu

10,803

3

Gəncə-Daşkəsən iqtisadi rayonu

7,494

4

Lənkəran-Astara iqtisadi rayonu

6,370

5

Şəki-Zaqatala iqtisadi rayonu

6,098

6

Mərkəzi Aran iqtisadi rayonu

6,072

7

Quba-Xaçmaz iqtisadi rayonu

5,188

8

Qarabağ iqtisadi rayonu

5,169

9

Qazax-Tovuz iqtisadi rayonu

5,110

10

Naxçıvan iqtisadi rayonu

3,966

11

Şirvan-Salyan iqtisadi rayonu

3,505

12

Mil-Muğan iqtisadi rayonu

3,475

13

Dağlıq Şirvan iqtisadi rayonu

2,413

14

Şərqi Zəngəzur iqtisadi rayonu

245

(Mənbə: Fed.az) 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır