Azərbaycanda Mərkəzi Bankında uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.
Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7,25 %-dən 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi 8,25%-dən 7,75%-ә, dəhlizin aşağı həddi isə 6,25 %-dən 5%-ə endirilib.
Mövzu ilə bağlı Modern.az – a danışan iqtisadçı Emin Qəribli qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini endirsə də bankların verdiyi kredit faizləri yüksək olaraq qalır:
"Bizdə az hesab olunan aşağı uçot dərəcəsi xarici ölkələrlə anoloji müqayisədə yüksəkdir. Amma etiraf edək ki, son dövrlər region ölkələrində də faiz yüksəlişi müşahidə olunur.
Mərkəzi Bank bu məsələdə çox ehtiyatlıdır. Faizi endiribsə, növbəti ildə infilyasiya ehtimalı aşağıdır.
Qərarda məqsəd vətəndaşların kredit müraciətlərinin artırılmasıdır. İqtisadiyyata da təkan nəzərdə tutulub.
Bankların kredit şərtlərinin yumşalması tədrici və zəif proses ola bilər. Heç kim kəskin eniş gözləsin.
Mərkəzi bank qiymətli kağızlar kimi digər alətləri də işə salmalıdır.