Modern.az

Ötən il ticarət dövriyyəmiz bu qədər olub - RƏQƏM

Ötən il ticarət dövriyyəmiz bu qədər olub - RƏQƏM

İqtisadiyyat

26 Yanvar 2026, 10:57

2025-ci il ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 49 milyard 422,6 milyon ABŞ dolları təşkil edib.

Modern.az xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Xarici Ticarətinin Gömrük Statistikası Hesabatında öz əksini tapıb.

Belə ki, ticarət dövriyyəsində əsas paya malik ölkələr sırasında İtaliya ilk yerdə qərarlaşıb. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 11 milyard 860,4 milyon ABŞ dolları olub ki, bu da ümumi dövriyyənin 24 faizinə bərabərdir.

Türkiyə ilə ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar (11,58 faiz), Rusiya ilə isə 4 milyard 920 milyon dollar (9,96 faiz) təşkil edib. Bundan əlavə, Çin 4 milyard 874 milyon (9,86 faiz), İsveçrə 1 milyard 773 milyon (3.59 faiz), ABŞ 1 milyard 556 milyon (3.15 faiz), Almaniya 1 milyard 376 milyon (2.78 faiz), Böyük Britaniya 1 milyard 140 milyon (2.31 faiz), Avstraliya 895 milyon (1.81 faiz) və Gürcüstan 881 milyon (1.78 faiz) olmaqla əsas ticarət tərəfdaşları sırasında yer alıb. Digər ölkələrin payına isə ümumi dövriyyənin 14 milyard 423 milyonu (29,18 faizi) düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır