Müdafiə Nazirliyi ordu ehtiyacları üçün 3,9 milyon manatlıq inşaat materialları alır.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələrini zəruri vasitələrlə təmin etmək məqsədilə növbəti irimiqyaslı tenderini elan edib.
Satınalma üzrə ehtimal olunan qiymət 3 925 545,68 AZN təşkil edir.
Məqsəd müsabiqə çərçivəsində hərbi hissələr üçün inşaat materialları və onlarla əlaqədar digər malların (xüsusilə oksigenli həlledicilər və s.) satın alınmasıdır.