Modern.az

Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü

Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü

İqtisadiyyat

1 Fevral 2026, 15:40

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

 

Modern.az xəbər verir ki, bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.

 

Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

 

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV