Modern.az

Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər

Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər

İqtisadiyyat

2 Fevral 2026, 16:34

Səudiyyə Ərəbistanı neftdən asılığı azaltmaq üçün bir sıra dəyişikliklərə gedib.

Modern.az xəbər verir ki, cəmi bir neçə ay ərzində hakimiyyət orqanları kirayə haqlarını dondurdu, xarici vətəndaşlara (Məkkə və Mədinədə də daxil olmaqla) daşınmaz əmlak almağa icazə verdi, spirtli içki satışı qaydalarını yumşaltdı və fond bazarını qlobal investorlar üçün açdı.

Səbəb dəyişkən neft qiymətləri ilə daha da ağırlaşan xroniki büdcə və cari hesab kəsiridir.

İqtisadiyyatı tarazlaşdırmaq üçün krallığın infrastruktur və meqalayihələrin maliyyələşdirilməsinə və dövlətin yükünü azaltmağa kömək etməli olan birbaşa xarici investisiyalara ehtiyacı var.

Məqsəd 2026-cı ildə 47 milyard dollar, 2027-ci ilə qədər isə təxminən 60 milyard dollar birbaşa xarici investisiya cəlb etməkdir, lakin xalis investisiya axını 2022-ci ildən bəri azalmaqdadır.

Səudiyyə Ərəbistanı da on milyardlarla dollar gəlir əldə edə biləcək genişmiqyaslı özəlləşdirmə və kapital bazarının liberallaşdırılmasına başlayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!