Modern.az

Azərbaycan nefti 4 dollara yaxın UCUZLAŞDI

Azərbaycan nefti 4 dollara yaxın UCUZLAŞDI

İqtisadiyyat

3 Fevral 2026, 09:00

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dolları və ya 4,95 % azalaraq 69,72 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!