Modern.az

Su təchizatı avtomatlaşdırılır - 1.2 milyon ayrıldı

Su təchizatı avtomatlaşdırılır - 1.2 milyon ayrıldı

İqtisadiyyat

4 Fevral 2026, 17:06

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ölkənin iri şəhərlərində su təchizatı infrastrukturunun avtomatlaşdırılması və müasir texnologiyaların tətbiqi məqsədilə irimiqyaslı tender elan edib.

Modern.az xəbər verir ki, avtomatika sahəsi üçün lazım olan mal-materialların satın alınmasını nəzərdə tutan bu layihə üçün ehtimal olunan qiymət 1 196 073,19 azn məbləğində müəyyən edilib.

Müsabiqə çərçivəsində əsasən elektrik kabellərinin, idarəetmə aksesuarlarının və digər avtomatika avadanlıqlarının tədarükü planlaşdırılır.

Bu addım şəhərlərdə su idarəetmə sistemlərinin daha effektiv və rəqəmsal üsullarla idarə olunmasına xidmət edəcək.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!