Mümkün Avropa Birliyi üzvlüyü ilə bağlı qərar Ermənistan xalqının seçimidir, lakin Yerevan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Avropa Birliyinin dəyişən təbiətini nəzərə almalıdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Ermənilər hazırda Rusiyaya qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər özlərinə bu sualı verməlidirlər. Hər halda, əlbəttə ki, dəfələrlə deyilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə Ermənistan xalqının seçimidir", - deyə əlavə edib.