Modern.az

Nazirlik lisezniya və avadanlıqlara 1,8 milyon xərcləyəcək

Nazirlik lisezniya və avadanlıqlara 1,8 milyon xərcləyəcək

İqtisadiyyat

5 Fevral 2026, 13:02

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət maliyyə sistemlərinin təhlükəsizliyini və fasiləsiz işini təmin etmək məqsədilə üç mühüm istiqamət üzrə irimiqyaslı satınalmalara start verib.

Modern.az xəbər verir ki, Nazirlik tərəfindən elan olunmuş yeni tender layihələrinin ümumi ehtimal olunan qiyməti 1 794 590,61 azn təşkil edir.

Nazirlik tender yolu ilə zəruri olan proqram təminatı lisenziyalarının müddətinin uzadılması və yeni avadanlıqların satın alınmasını həyata keçirəcək.

Bununla yanaşı, "Xəzinədarlıq İnformasiya İdarəetmə Sistemi"nin (XİİS) kibertəhlükəsizliyini təmin etmək məqsədilə lisenziyaların yenilənəcək.

Ödəniş sistemlərinə uyğun veb servislərin dəstəklənməsi də həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!