Bazar kapitallaşmasına görə dünyanın ən böyük iki kriptovalyutası olan “Bitcoin” və “Ethereum”un (ETH) qiymətində təxminən 5 faiz artım müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjası məlumat yayıb.
Məlumata görə, “Bitcoin”in qiyməti 5,16 faiz artaraq 70.553 min dollara, “Ethereum”un qiyməti isə 4,49 faiz yüksələrək 2.056 min dollara çatıb.
Qeyd edək ki, bir gün əvvəl kriptovalyuta bazarında qiymətlərdə təxminən 11 faiz səviyyəsində kəskin azalma qeydə alınmışdı.