Salyanda şəhid ailələri və əlilliyi olan şəxslər üçün tender yolu ilə yeni mənzillər satın alınır.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyi həssas qruplardan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Salyan rayonunda şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün hazır mənzillər alır.
Tenderin qiyməti 1.262.250,00 azn təşkil edir.
Satınalma çərçivəsində Salyan rayonu ərazisində ümumilikdə 15 mənzilin alınması planlaşdırılır. (9 ədəd ikiotaqlı mənzil, 6 ədəd üçotaqlı mənzil)