Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi məqsəd ilə irimiqyaslı layihə icra olunacaq.
Modern.az xəbər verir ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər ərazisindəki yolların cari və əsaslı təmiri işləri üçün tender elan edib.
Müsabiqənin ehtimal olunan qiyməti 1.509.918,56 AZN təşkil edir.
Bildirilib ki, vəsait Mingəçevirin küçə və prospektlərində aşınmış asfalt örtüyünün bərpasına, həmçinin zəruri olan sahələrdə yolların əsaslı şəkildə yenidən qurulmasına yönəldiləcək.