Modern.az

Slovakiya Ukraynaya təcili elektrik yardımını dayandırdı

Slovakiya Ukraynaya təcili elektrik yardımını dayandırdı

İqtisadiyyat

24 Fevral 2026, 02:49

Slovakiya hökuməti “Drujba” neft kəməri ilə bağlı mübahisə fonunda Ukraynaya fövqəladə elektrik təchizatını dayandırıb.

Modern.az xəbər verir ki, baş nazir Robert Fiko bildirib ki, Kiyev neft tranzitini bərpa etmədiyi üçün Bratislava artıq Ukraynanın enerji şəbəkəsinin sabitləşdirilməsinə yardım göstərməyəcək.

Slovakiya və Macarıstan Ukraynanı neft axınını bərpa etməyə çağırsa da, Kiyev yanvarın 27-də kəmərin Rusiya dron hücumu nəticəsində zədələndiyini açıqlayıb və alternativ marşrutlar təklif edib. Fiko isə bunu “siyasi qərar” adlandıraraq, Ukraynanın Aİ-yə üzvlüyünə dəstəyi yenidən nəzərdən keçirə biləcəklərini bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi Slovakiyanın ultimatumunu “şantaj” kimi qiymətləndirib və bunun Rusiyanın maraqlarına xidmət etdiyini vurğulayıb. Macarıstan da Rusiyaya qarşı Aİ-nin 20-ci sanksiya paketini bloklaya biləcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı